...

"Nar Mobile"ın dəstəyi ilə "Bakı və ətrafı" almanaxının təqdimatı keçirilib

Telekommunikasiya Materials 18 Mart 2013 17:29 (UTC +04:00)
"Nar Mobile"dən bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 17-də "Ali və Nino" nəşriyyatı tərəfindən çap olunan və Azərbaycanın dörd gənc yazıçısının əsərlərindən ibarət "Bakı və ətrafı" almanaxının təqdimat mərasimi keçirilib. Almanaxa Samit Əliyev, Natella Osmanlı, Şahin Murquzov və İsmayıl Səfərlinin əsərləri daxildir.
"Nar Mobile"ın dəstəyi ilə "Bakı və ətrafı" almanaxının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 18 mart /Trend/

"Nar Mobile" növbəti dəfə maraqlı bir təqdimata dəstək olub.

"Nar Mobile"dən bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 17-də "Ali və Nino" nəşriyyatı tərəfindən çap olunan və Azərbaycanın dörd gənc yazıçısının əsərlərindən ibarət "Bakı və ətrafı" almanaxının təqdimat mərasimi keçirilib. Almanaxa Samit Əliyev, Natella Osmanlı, Şahin Murquzov və İsmayıl Səfərlinin əsərləri daxildir.

Qeyd edək ki, bu almanax 2009-cu ildə çap olunan və oxucuların rəğbətini qazanan "Bakı və ətrafı" almanaxının davamıdır.

Maraqlı və yadda qalan anları ilə oxucularının sevimlisinə çevrilən əsərin təqdimatına gələn kitabsevərlər almanaxın hər dörd müəllifi ilə yaxından tanış olub, ünsiyyətdə olmaq imkanını əldə ediblər.

Korporativ sosial məsuliyyəti strategiyasının önəmli hissəsi hesab edən "Nar Mobile" ölkədə təhsilin inkişafına, maarifləndirməyə yönələn layihələrə xüsusi önəm verir. Bu layihə isə, öz növbəsində, "Ali və Nino" nəşriyyat evinin bu istiqamətdə həyata keçirdiyi layihələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti