...

"Windows Phone 8" ən yaxşı əməliyyat sistemi seçilib

Telekommunikasiya Materials 24 Aprel 2013 11:24 (UTC +04:00)
"Windows Phone 8" əməliyyat sistemi ən nəhəng beynəlxalq İT portallarından biri – “PC Magazine” (Pcmag.com) oxucuları tərəfindən “Readers Choice Awards 2013” nominasiyasının qalibi seçilib.
"Windows Phone 8" ən yaxşı əməliyyat sistemi seçilib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

"Windows Phone 8" əməliyyat sistemi ən nəhəng beynəlxalq İT portallarından biri - "PC Magazine" (Pcmag.com) oxucuları tərəfindən "Readers Choice Awards 2013" nominasiyasının qalibi seçilib. Əgər ötən ilki araşdırmaların nəticələrinə görə, "Windows Phone 8" ilk pilləni Apple IOS-la bölüşdürürdüsə, bu il o, yeganə liderə çevrilib. Maraqlıdır ki, "Windows Phone 8" qələbəni mobil əməliyyat sistemləri sahəsində, son zamanlar, diqqətin rəqib şirkətlərə yönəlməsinə baxmayaraq qazanıb. "Microsoft" məhsulu, mobil telefonun istifadə edilməsinin hər bir aspektində istifadəçilərə yüksək səviyyəli xidmət təqdim edir. Portal istifadəçiləri istismarda ən rahat məhz "Windows Phone 8" sistemini sayaraq, ona yüksək səviyyəli foto-video çəkiliş və sürətinə görə üstünlük verirlər.

"Windows Phone 8" - zərif, cazibəli və fərqli əməliyyat sistemidir. O, öz smartfonlarından tez-tez zəng edib mesaj göndərənlər, Facebook-a müraciət edənlər, xüsusilə "Microsoft"un istənilən məhsul istifadəçiləri üçün (Outlook, Hotmail, Exchange, Skydrive, Office 365 və yaxud Xbox) son dərəcə faydalıdır.

"Windows Phone 8"in başlıca üstünlüyü - planşet, smartfon və fərdi kompüterləri vahid ekosistemdə birləşdirmək imkanından irəli gəlir. Platformanın digər mühüm üstünlüyü - Microsoft-un son stolüstü ƏS versiyalarında işlənilən yeni, çoxnüvəli prosessor və yüksək dəqiqlikli displeylərlə uyğunlaşa bilən NT nüvəsidir.

Sadə təkmilləşdirmələr telefonu gündəlik istismarda daha rahat edir. Təhlükəsizlik həlləri məlumatları müdafiə etməyə və qoruyub saxlamağa imkan verir. Bütün bunlar "Windows Phone"un son buraxılışını hal-hazırda ən yaxşı seçim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti