Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/
Naxçıvan Muxtar Respublikasında (NMR) mobil telefonların IMEI-kodlarının qeydiyyatı sistemi işə salınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı NMR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir.
Mobil telefonların qeydiyyatı Naxçıvan şəhər rabitə idarəsində həyata keçirilir. Telefonun qeydiyyatı üçün şəxsiyyət vəsiqəsini və telefon aparatını təqdim etmək lazımdır.
Qeydiyyat sistemi haqqında əlavə məlumat lamaq üçün "209" sorğu xidməti təşkil edilib.
Şəxsi istifadə (mobil rabitə operatorlarının şəbəkələrində) üçün NMR ərazisinə idxal edilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək lazımdır. Bu qayda NMR-ə gələn turist və qonaqlara aid deyil, onların mobil telefonlarına rouminq xidməti göstərilir.