...

"Azərkosmos": Azərbaycanın ikinci telekommunikasiya peyki 2018-ci ildə orbitə buraxılacaq (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 3 İyun 2013 15:08 (UTC +04:00)
Azərbaycanın "Azerspace-2" ikinci telekommunikasiya peykinin 2018-ci ildə orbitə buraxılması planlaşdırılır.
"Azərkosmos": Azərbaycanın ikinci telekommunikasiya peyki 2018-ci ildə orbitə buraxılacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "Azerspace-2" ikinci telekommunikasiya peykinin 2018-ci ildə orbitə buraxılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev Bakıda keçirilən "Baku Futures Forum"da deyib.

Nəbiyev bildirib ki, hazırda Azərbaycanın ikinci peyk proqramı üzrə müqavilə imzalanma mərhələsindədir.

Onun sözlərinə görə, Azərbaycanın peyk proqramı, ilk növbədə, kommersiya xarakteri daşıyır və ilk peykin buraxılmasına qədər onun resurslarının 40 faizi artıq satılmışdı.

Nəbiyev qeyd edib: "Biz qlobal və müasir dünyanın yüksək rəqabət mühitində yaşayırıq. İKT neft sektorundan sonra Azərbaycan üçün ən qabaqcıl sektordur. Ola bilər ki, qısa müddət ərzində qarşıya qoyulmuş hədəflərə nail ola bilməyək. Bununla belə, biz daha yaradıcı və innovativ yanaşma həyata keçirməli və bazara lazımi məhsulu vaxtında təklif etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti