...

Regionlarda Azercell Ekspres ofislərinin sayı 28-yə çatdı

Telekommunikasiya Materials 18 Oktyabr 2013 18:15 (UTC +04:00)
"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır.
Regionlarda Azercell Ekspres ofislərinin sayı 28-yə çatdı

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır.

Belə ki, şirkət 18 oktyabrdan etibarən Astara şəhəri, H.Əliyev prospekti, 249 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. AzEks ofisindən Astarada yaşayan "Azercell" abunəçiləri ilə yanaşı, qonşu rayonların sakinləri də istifadə edə biləcəklər. Yeni AzEks ofisi "bir nöqtədə üç xidmət" ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən, abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Qeyd edək ki, Azercell-in hazırda Bakıda 18, regionlarda isə 28 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti ofisi var. "Azercell" ilin sonuna qədər Bakıda və regionlarda AzEks ofislərinin sayını artırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti