...

Bakıda İKT sahəsində Azərbaycan-ABŞ biznes forumu keçiriləcək

Telekommunikasiya Materials 11 Noyabr 2013 11:29 (UTC +04:00)
Dekabrın 3-də Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycan-ABŞ biznes forumu keçiriləcək.
Bakıda İKT sahəsində Azərbaycan-ABŞ biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 11 noyabr / Trend, müxbir H.Vəliyev/

Dekabrın 3-də Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycan-ABŞ biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə forumun təşkilatçısı olan Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) məlumatında deyilir.

Məlumatda bildirilir ki, forum dövlət qulluqçuları, sahə tənzimləyiciləri, yerli texnologiya şirkətləri, potensial tərəfdaşlar və distribütorlar üçün açıq olacaq.

Forumun gedişində Azərbaycanın hökumət və sənaye nümayəndələri, iş adamları ilə görüşlərin keçiriləcəyi gözlənilir.

Məlumata görə, ABŞ nümayəndə heyətinin tərkibinə bu ölkənin XIX Beynəlxalq "BakuTel-2013" (2-5 dekabr) sərgisində iştirak edəcək 13 aparıcı İT şirkəti daxil olacaq. Sərgidə iştirak dünyanın ən sürətlə inkişaf edən bazarlarından birinin şirkətlərinə məhsul və xidmətlərini təqdim etmələrinə imkanı verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti