...

Mobil telefonların IMEI-kodlarının qeydiyyatı ilə bağlı dəyişiklik

Telekommunikasiya Materials 23 Dekabr 2014 17:51 (UTC +04:00)
Azərbaycanda mobil telefonların IMEI-kodlarını qeydiyyata alan strukturların sayı azaldılıb.
Mobil telefonların IMEI-kodlarının qeydiyyatı ilə bağlı dəyişiklik

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda mobil telefonların IMEI-kodlarını qeydiyyata alan strukturların sayı azaldılıb.

Trend-in məlumatına görə, daha əvvəl mobil qurğunun kodunu poçt şəbəkəsində, mobil rabitə operatorlarının müştəri xidmətləri mərkəzlərində, mobil riteyldə qeydiyyatdan keçirmək mümkün idisə, hazırda bunu "Azərpoçt" və "Nano Electronics" mağazaları şəbəkələrində etmək olar.

Bundan başqa, mobil qurğunu "Elektron hökumət" (e-gov.az) portalı və imei.az saytının köməyi ilə qeydiyyatdan keçirmək mümkündür.

Qeyd edək ki, şəxsi istifadə üçün gətirilən mobil qurğunun IMEI-kodunun qeydiyyatının qiyməti 5 manat, kommersiya satışı üçün isə 0,2 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti