...

Azərbaycan və Türkiyə mobil telefon qaçaqmalçılığına qarşı birgə mübarizəni qiymətləndirir

Telekommunikasiya Materials 15 Fevral 2015 12:30 (UTC +04:00)
Azərbaycan və Türkiyə mobil telefonların IMEI-kodlarının qeydiyyatı sisteminin məlumatları olmadan qarşılıqlı inteqrasiya prosesinin texniki detallarını qiymətləndirirlər.
Azərbaycan və Türkiyə mobil telefon qaçaqmalçılığına qarşı birgə mübarizəni qiymətləndirir

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan və Türkiyə mobil telefonların IMEI-kodlarının qeydiyyatı sisteminin məlumatları olmadan qarşılıqlı inteqrasiya prosesinin texniki detallarını qiymətləndirirlər. Bu barədə Trend-ə telekommunikasiya bazarındakı məlumat verib.

Agentliyin müsahibinin sözlərinə görə, iki ölkə mobil qurğuların qanunsuz idxalına və oğurluğa qarşı mübarizədə səylərin koordinasiyasını qarşılarıında məqsəd qoyub: "Beləliklə, Türkiyədə oğurlanan mobil telefonlar Azərbaycandakı mobil rabitə operatorlarının şəbəkələrində işləməyəcəklər və əksinə".

Mənbə deyib ki, IMEI-kodların qeydiyyatı sisteminin inteqrasiyası texniki olaraq nəinki Türkiyə, eləcə də regionun digər ölkələri ilə mümkündür və bu məsələyə bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində baxılır.

Qeyd edək ki, Azərbaycanda IMEI-kodların qeydiyyatı sistemi 2013-cü il mayın 1-də tətbiq edilib. Respublikanın ərazisinə daxil olunan mobil qurğuları şəxsi istifadə üçün (Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində) 30 gün ərzində qeydiyyatdan keçirtmək lazımdır. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara aid deyil, çünki onların telefonlarına rouminqdə xidmət göstərilir.

Hazırda Azərbaycanın IMEI-kodların məlumat bazasında 13 milyondan çox mobil telefon qeydiyyatdan keçirilib. Yeni sistem mobil telefon bazarının vəziyyəti (bazarın həcmi, idxal edilən leqal və qeyri-leqal məhsulların sayı) haqqında dədiq məlumat almağa imkan verir.

IMEI-kodların yoxlanılması üçün ümumi məlumat bazasına çıxış Imei.az saytı vasitəsilə mümkündür. Məlumat əldə etmək üçün *1677 informasiya-sorğu xidməti də yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti