...

Azərbaycanda elektron imza laboratoriyası yaradılır

Telekommunikasiya Materials 9 İyun 2015 16:22 (UTC +04:00)
Azərbaycan Texniki Universitetində elektron rəqəmsal imza laboratoriyası işə salınacaq.
Azərbaycanda elektron imza laboratoriyası yaradılır

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Texniki Universitetində elektron rəqəmsal imza laboratoriyası işə salınacaq. Trend-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov brifinqdə deyib.

Onun sözlərinə əsasən, payızadək fəaliyyət göstərməyə başlayacaq laboratoriyanın əsas məqsədi tələbələrin IT sahəsində ixtisasını artırmaqdır: "Əsas vəzifə kadrların hazırlanmasına yardım etmək və tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqi üçün imkan yaradılmasıdır".

N.Mərdanov qeyd edib ki, ali məktəbin nəzdində, həmçinin sınaq laboratoriyası fəaliyyət göstərəcək: "Tələbələr burada mobil əlavələrin hazırlanması, elektron xidmətlərin formalaşdırılması, onların "Elektron hökumət" portalına inteqrasiyası və gələcəkdə idarə edilməsi üzrə biliklər əldə edəcəklər. Bu biliklər sayəsində tələbələr ali məktəbi bitirdikdən sonra müxtəlif dövlət strukturlarında iş yeri ala biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti