Azərbaycan, Bakı, 24 iyul /Trend/
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti elektron ödəmə üsullarından istifadə edən abunəçilərinə BONUS dəqiqələr qazanmaq şansı yaradıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, iyulun 24-də başlayan kampaniya çərçivəsində "Bakcell" abunəçiləri onlayn ödəmə metodlarından istifadə edərək (MilliÖn və E-manat ödəmə nöqtələri, www.hesab.az daxil olmaqla bank kartları vasitəsilə onlayn ödəniş, bankomatlar və s.) balansı 5 AZN və daha çox məbləğdə artırdıqda, bu məbləğin 10%-i həcmində bonus qazanacaqlar.
Balansın ödəmə kartı vasitəsilə artırılması üçün bonus təqdim olunmur.
Abunəçilər http://www.bakcell.com/az/online-credit-card-payment səhifəsinə daxil olmaqla da balanslarını artıra və bonus ala bilərlər.
Əldə olunan bonuslar 7 gün müddətində şəbəkədaxili zəng, SMS və MMS-lər üçün istifadə oluna bilər. Bonusun maksimum miqdarı 2 AZN-dir.
Kampaniya 2 ay davam edəcək.
Kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün balansdan heç bir məbləğ tutulmur.