...

“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb (FOTO)

Telekommunikasiya Materials 8 Avqust 2015 11:52 (UTC +04:00)
“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb.
“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb (FOTO)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

"Bakcell"in "Virtual Futbol Çempionatı"nın qalibi Amerikadan qayıdıb.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti tərəfindən 2015-ci ilin fevral-aprel aylarında "Futbol Bakcell ilə" layihəsi çərçivəsində təşkil olunan "Bakcell Virtual Futbol Çempionatı"nın qalibi Hacı Mirzəməmmədov Mançester Yunayted - Barselona oyununu izləmək və Mançester Yunayted futbol klubunun oyunçuları ilə görüşmək üçün ABŞ-a səfər edib. Şirkətdən Trend-ə verilən məlumata görə, Hacı səfər çərçivəsində Memfis Depay, Matteo Darmian, Eşli Yanq, Maruan Fellaini, Ander Errera, David De Hea kimi ulduz oyunçularla görüşərək virtual futbol oynamaq imkanı qazanıb.

ABŞ-nın Kaliforniya ştatında keçirilən Mançester Yunayted - Barselona oyununu Bakcell şirkətinin xüsusi qonağı qismində izləyən Hacı bu səfər haqqında təəssüratlarını bölüşüb: "Bu yarış olmasaydı, mənim yəqin ki heç vaxt Mançester Yunayted ulduzları ilə ABŞ-da görüş imkanım olmayacaqdı. Bakcell şirkətinin təşkil etdiyi virtual futbol çempionatında iştirak etdiyimə və qalib gəldiyimə görə çox sevinirəm. Yaradılan bütün imkanlara görə və ömür boyu xatırlayacağım ən gözəl anlar yaşatdığına görə Bakcell şirkətinə böyük minnətdarlığımı bildirirəm".

"Ümidvaram ki, biz çempionatın qalibi olan Hacı Mirzəməmmədovun gözləntilərini qarşıladıq və o, Amerikada tətilini səmərəli keçirdi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Mançester Yunayted ilə birlikdə həyata keçirdiyimiz "Futbol Bakcell ilə" layihəsi çərçivəsində Azərbaycanda futbolun inkişafına bütün səviyyələrdə dəstək olmağa çalışırıq. Futbol hamı üçündür. Bu oyunu real həyatda oynamayan insanlar da oyunları izləməkdən və ya "PlayStation"da virtual şəkildə oynamaqdan böyük həzz alırlar. Bunu nəzərə alaraq təşkil etdiyimiz "Bakcell Virtual Futbol Çempionatı" sayəsində sağlam idman rəqabətinin təşviq olunması və gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi üçün əlavə imkan yaratmış olduq. Bu çempionata maraq çox böyük oldu və 7000 nəfərə yaxın məktəbli qatıldı. Onlayn oyunlar oynamağı sevənlər üçün Bakcell yüksək sürətli İnternet bağlantısını təmin edir. Virtual oyun həvəskarları üçün biz gələcəkdə də ı eksklüziv imkanlar və məhsullar təqdim etməyi planlaşdırırıq", - deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Qeyd edək ki, "Bakcell Virtual Futbol Çempionatı" 2015-ci ilin fevral-aprel aylarında respublikanın paytaxtında və 8 regionunda yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib. 26 aprel 2015-ci il tarixində baş tutan final görüşünün qalibi Hacı Mirzəməmmədov olub.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyası sayəsində "Bakcell"in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti