...

Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri sahəsində fəaliyyətə çıxış sadələşdiriləcək

Telekommunikasiya Materials 17 Avqust 2015 02:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin informasiya sistemi "bir pəncərə" prinsipi üzrə xidmətlər göstərmək üçün "Elektron Hökumət" portalına (e-gov.az) qoşulacaq.

Trend xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) yaydığı məlumatda deyilir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndələri ilə birgə görüş zamanı Agentliyin informasiya sisteminin "Elektron Hökumət" portalına qoşulması və elektron xidmətlərin təşkili haqqında hüquqi, texniki və proqram məsələləri müzakirə olunub.

Sözügedən xidmətin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq texniki qaydalara uyğun hazırlanması üçün zəruri informasiya və portala qoşulma sxemi Agentliyin nümayəndələrinə təqdim edilib.

Müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən Agentliyin əməkdaşlarına təqdim edilib.

Hər iki qurum tərəfindən ikitərəfli müqavilə layihəsinin hazırlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti