...

Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb

Telekommunikasiya Materials 17 Avqust 2015 21:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda hər 548 saytın (.az domenində) payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşür. Trend xəbər verir ki, bu barədə "Netcraft" analitik şirkətinin saytında dərc olunan hesabatda deyilir.

May ayının nəticələri ilə müqayisədə fişinq-hücumların sayı 12,8 faiz azalıb.

"Whois" resursunun məlumatlarına əsasən, .az domenində 24 mindən çox sayt qeydiyyatdan keçib. Onların 90 faizi birinci səviyyəli domendə qeydiyyatdan keçmiş internet-resurslarının payına düşür.

"Netcraft"-ın məlumatına əsasən, Ukraynada hər 655 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşür.

Özbəkistanda 206 sayta 1, Rusiyada 383 sayta 1, Qırğızıstanda 592 sayta 1, Belarusda 298 sayta 1, Ermənistanda 262 sayta 1, Qazaxıstanda 209 sayta 1, Gürcüstanda 190 sayta 1, Tacikistanda isə 141 sayta 1 hücum düşür.

Təhlil "MozillaFirefox" və "InternetExplorer" brauzerləri üçün modul olan "NetcraftToolbar" proqramının əsasında hazırlanıb.

Proqram istifadəçiləri potensial təhlükəli internet-resurslar, eləcə də fişinq-hücumların qarşısının alınması barədə xəbərdar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti