...

Hesab.az-da bonuslarınızı "Azercell" danışıq dəqiqələrinə dəyişin

Telekommunikasiya Materials 28 Sentyabr 2015 17:35 (UTC +04:00)
Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları artıq həm də Azercell danışıq dəqiqələrinə dəyişə bilər.
Hesab.az-da bonuslarınızı "Azercell" danışıq dəqiqələrinə dəyişin

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları artıq həm də Azercell danışıq dəqiqələrinə dəyişə bilər.

Bunun üçün Hesab.az portalındakı şəxsi kabinetlərinə daxil olub, "Dərhal dəyiş" bölməsinə giriş edərək bonuslarını Azercell danışıq dəqiqələrinə dəyişə bilərlər.

Azercell abunçiləri üçün 5000 bonus 1 danışıq dəqiqəsinə dəyişilir və dəqiqələr 1 ay ərzində şəbəkədaxili zənglər zamanı istifadə edilməlidir. Qeyd edək ki, fakturalı xətt abunəçiləri bu dəqiqələrdən növbəti faktura dövründən etibarən istifadə edəcəklər.

Bildirək ki, Bakcell abunəçiləri də Hesab.az portalında bonuslarını danışıq dəqiqələrinə dəyişə bilərlər. Bu operatorun istifadəçiləri üçün isə 2000 bonus 1 danışıq dəqiqəsinə dəyişilir və dəqiqələr 3 gün ərzində istifadə edilməlidir.

Hesab.az haqqında

GoldenPay şirkətinə məxsus 180 mindən çox istifadəçisi olan Hesab.az, 80-dən çox xidmət növünə bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada bank və lizinq kreditləri, kommunal, mobil, kabel tv, internet ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq olar. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək və ya dərhal hədiyyələrə dəyişmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 11 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti