Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda IMEI-kodların məlumat bazasında 451 mindən çox mobil qurğu qeydiyyata alınıb. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə (MHM) istinadən məlumat verir.
MHM-in məlumatına əsasən, oktyabrda sistemdə təqribən 55,6 min qurğu qeydiyyata alınıb.
IMEI-kodların qeydiyyatı sistemi ölkəyə idxal edilən qurğuların (mobil operatorların Sim-kartlarından istifadə edilməsi mümkün olanlar) sayını dəqiq müəyyənləşdirməyə imkan verir.
Qeyd edək ki, sistem Azərbaycanda 2013-cü il mayın 1-dən fəaliyyət göstərməyə başlayıb. Məlumat bazasında qeydiyyatdan keçmiş qurğuların ümumi sayı 14 milyonu ötür.