...

AzNET-in tutumları internet istifadəçilərinin tələbatlarını tam qarşılayır

Telekommunikasiya Materials 1 Dekabr 2015 15:56 (UTC +04:00)
"AzNET"-in tutumları son internet istifadəçilərinin cari tələbatlarını tam qarşılayır.
AzNET-in tutumları internet istifadəçilərinin tələbatlarını tam qarşılayır

Bakı. Hüseyn Vəliyev - Trend:

AzNET-in tutumları əsas internet istifadəçilərinin cari tələbatlarını tam qarşılayır. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "BakuTel-2015" sərgisinin açılışına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycana daxil olan internet trafikin həcmi 500 qiqabitə çatır. Beynəlxalq kanallara qlobal çıxış iki operator (Delta Telecom və Azertelekom) tərəfindən təmin edilir, ölkəyə daxil edilən trafikin ümumi həcmindən təqribən 180 qiqabiti istifadə olunur.

E.Vəlizadə qeyd edib ki, AzNET-in tutumları əsas internet istifadəçilərinin cari tələbatlarını tam qarşılayır: "Əsas istifadəçilərə çatdırılan sürətə gəlincə, bu məsələyə kompleks yanaşmaq lazımdır, çünki səbəblər müxtəlif ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti