...

"Oracle" Azərbaycana lisenziyalı həllərin əldə edilməsi üçün məqbul şərtlər təklif edir

Telekommunikasiya Materials 2 Fevral 2016 11:42 (UTC +04:00)
"Oracle" şirkətinin həllərinin lisenziyalı versiyalarının istifadəsi məsələsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müzakirə mövzusu olacaq.
"Oracle" Azərbaycana lisenziyalı həllərin əldə edilməsi üçün məqbul şərtlər təklif edir

Bakı. Hüseyn Vəliyev - Trend:

"Oracle" şirkətinin həllərinin lisenziyalı versiyalarının istifadəsi məsələsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müzakirə mövzusu olacaq. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda keçirilən "Oracle Cloud Day" konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ şirkətin nümayəndələri ilə görüşlərdə ən çox müzakirə olunan mövzulardan biridir: "Görüşlər zamanı "Oracle" sifarişçilərin məhsullarına olan tələbatını qarşılamaq üçün öz həllərinin əldə edilməsi üçün məqbul şərtlər təklif edib".

E.Vəlizadə hesab edir ki, bu şərtlər qeyd edilən vendorun həllərinin leqal istifadəsi imkanını təmin etməyə fürsət verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti