...

Eurosport KATV1 ilə tərəfdaşlıq edərək Azərbaycanda ilk sosial aksiyasını keçirir

Telekommunikasiya Materials 3 May 2016 11:45 (UTC +04:00)
Eurosport KATV1 ilə tərəfdaşlıq edərək Azərbaycanda ilk sosial aksiyasını keçirir.
Eurosport KATV1 ilə tərəfdaşlıq edərək Azərbaycanda ilk sosial aksiyasını keçirir

Bakı. Trend:

Eurosport KATV1 ilə tərəfdaşlıq edərək Azərbaycanda ilk sosial aksiyasını keçirir.

Sözügedən təşəbbüs sayəsində valideyn qayğısından kənarda qalan uşaqlar, həmçinin aztəminatlı ailələrin uşaqları futbol üzrə gənclər arasında Avropa çempionatının oyunlarını canlı seyr edəcəklər.

KATV1-dən Trend-ə verilən məlumata görə, Avropanın ən iri idman yayım platforması Eurosport və ödənişli televiziya sahəsində Azərbaycanın aparıcı operatoru KATV1 sosial cəhətdən müdafiəsiz uşaqlar üçün böyük cəlbedici idman aləmini kəşf etməyə yönələn birgə xeyriyyə aksiyası keçirirlər. Aksiya çərçivəsində aztəminatlı ailələrin uşaqları və valideyn qayğısından kənarda qalan uşaqlar 2016-cı ilin may ayında Bakıda keçiriləcək 17 yaşına qədər gənclər arasında futbol üzrə Avropa Çempionatının oyunlarını canlı izləyə biləcəklər.

Eurosport və KATV1 Azərbaycan yığmasının iştirak etdiyi hər bir seçmə oyununa 100 bilet təqdim edəcəklər; milli komandamız növbəti mərhələyə adlayarsa ən fəal gənc azarkeşlər növbəti oyunlarda da Azərbaycanın gənc futbolçularını dəstəkləyə biləcək. Bu aksiya Azərbaycanda ilin ən mühüm futbol yarışını məhz tribunalardan izləyəcək uşaqlara idman bayramının həyəcanını yaşamağa imkan verəcək. Eurosport-un missiyası ən yaxşı idman hadisələrini hər kəs üçün əlçatan etməkdir, və KATV1-in dəstəyilə Eurosport böyük idman aləminə qoşulmaqları elə də asan olmayan uşaqlar üçün bu imkanı yaradacaq.

"İdman KATV1-in prioritet istiqamətlərindən biridir, və seyrçilərimiz arasında çoxlu sayda idman azarkeşi var. Bundan əlavə, biz ölkə idmanı dəstəkləmək məqsədilə müvafiq strategiyanı hazırlayıb uğurla tətbiq edirik. Sözügedən strategiya çərçivəsində biz daim müxtəlif idman yarışlarına dəstək göstəririk, həmçinin futbol üzrə ölkə çempionatının liderlərindən biri olan "Zirə" Azərbaycan futbol klubunun media-tərəfdaşıyıq. Eurosport-un irəli sürdüyü təşəbbüsə qoşulmağımız da məhz bu strategiyamızın bir hissəsidir, və gələcəkdə də bu cür aksiyalarda fəal şəkildə iştiraka davam etmək niyyətindəyik", deyə KATV1-in rəhbəri Samir Qurbanov qeyd edir.

"İlk dəfədir ki, Azərbaycanda bu cür aksiyanı gerçəkləşdiririk, və bizim üçün bu təşəbbüsün məhz sosial əhəmiyyəti çox vacibdir. Eurosport valideyn qayğısından kənarda qalan və ya aztəminatlı ailələrdə böyüyən uşaqlar üçün beynəlxalq səviyyəli tədbirdə iştirak etmək, əsl idman həyəcanını yaşamaq və onu digər azarkeşlərlə bölüşmək imkanını yaratmaqla milli yığmaya da dəstək oluruq. KATV1-in təşəbbüsümüzə qoşulmasını yüksək dəyərləndiririk və ümid edirik ki, onların atdığı bu addım Azərbaycan telekommunikasiya bazarının digər iştirakçıları üçün də bir nümunə olacaq, çünki bu cür təşəbbüslər həm ölkə, həm də bütün Qafqaz və Mərkəzi Asiya regionu üçün çox vacibdir", Discovery Networks-un şimal-şərqi Avropa üzrə regional direktoru Anna Pak belə deyir.

17 yaşına qədər gənclər arasında futbol üzrə Avropa Çempionatı Azərbaycanda ilk dəfə keçirilir. Ev sahibi ölkə ilə yanaşı yarışda daha 15 yığma qitənin ən güclü milli komandası adını qazanmaq üçün mübarizə aparacaq. Yarışda doğum tarixi 01.01.1999-cu ildən başlayan futbolçular iştirak edəcək. Hər oyun 80 dəqiqə davam edir (40-dəqiqəlik iki hissə və 15 dəqiqəlik hissələrarası fasilə).

Discovery Networks CEEMEA - ödənişli TV sahəsində dünyanın bir nömrəli yayım şirkəti olan Discovery Communications-in (NASDAQ: DISCA, DISCB, DISCK) bir bölməsidir. Discovery Communications şirkətinin yayımı 220-yə yaxın ölkəni əhatə edir; ümumilikdə, abunəçilərin sayı təxminən 3 milyard nəfər təşkil edir. CEEMEA regionunda (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) Discovery Networks şirkəti Discovery Channel, TLC, ID Xtra, Animal Planet kimi kannalar sayəsində insanlara dünyanı kəşf etməyə və təəccüblü kəşflər etməyə imkan verir. CEEMEA regionunda Discovery Networks portfoliosundan olan kanallar 20-dən çox dildə yayımlanır və 109 ölkədən olan 504 milyarda yaxın abunəçini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti