...

Nazir müavini İT-nin inkişafına dair yol xəritəsindən danışdı (YENİLƏNİB)

Telekommunikasiya Materials 14 Dekabr 2016 15:59 (UTC +04:00)
“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” bu sahədə biznes strukturlarının rentabelliyinin artmasına yol açır.
Nazir müavini İT-nin inkişafına dair yol xəritəsindən danışdı (YENİLƏNİB)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” bu sahədə biznes strukturlarının rentabelliyinin artmasına yol açır.

Trend-in məlumatına görə, bunu “Caspian European Club”un iclasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, İKT sektoru inkişafın priroritet sahələrindən biridir. Bununla bağlı bir neçə strateji sənəd qəbul olunub.

Nazir müavini deyib: “Bu günlərdə qəbul olunmuş “yol xəritəsi” də belə sənədlərdəndir və İKT sektorunun prioritet istiqamətlərinin inkişafına yönəlib. “Yol xəritəsi”ndə İKT-nin biznes strukturlarının fəliyyətində geniş tətbiqi nəzərdə tutulub. Bu həmin strukturların fəaliyyətinin genişlənməsinə və rentabelliyinin artmasına yol açacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti