...

Azərbaycanda telekommunikasiya qurumları özəlləşdirilə bilər

Telekommunikasiya Materials 30 Dekabr 2016 13:01 (UTC +04:00)
Azərbaycanda telekommunikasiya qurumları özəlləşdirilə bilər.
Azərbaycanda telekommunikasiya qurumları özəlləşdirilə bilər

Bakı. Trend:

Azərbaycanda telekommunikasiya qurumları özəlləşdirilə bilər.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, 2018-2020 xarici investorların cəlb edilməsi və Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində olan telekommunikasiya qurumlarının özəlləşdirilməsi nəzərdən keçiriləcək. Nazirliyin nəzdində fəaliyyət göstərən “Aztelekom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “AzİnTelecom” MMC kimi təşkilatların özəlləşdirilməsi, habelə nazirliyin digər müəssisələrdəki dövlətə məxsus paylarının təqdim edilməsi nəzərdən keçirilə bilər.

Özəlləşdirmə və dövlətə məxsus payların təqdim edilməsi tədbirləri çərçivəsində, habelə müstəqil tənzimləyici qurum yaradılanadək RYTN-in tənzimləyici qurum kimi daha effektiv fəaliyyət göstərməsi məqsədilə bu sahələrə özəl investisiyaların cəlb edilməsi imkanları dərin və ətraflı şəkildə təhlil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti