...

AppLab proqramının müsabiqəsinin qalibləri seçilib (FOTO)

Telekommunikasiya Materials 1 May 2017 11:24 (UTC +04:00)

Bakı. Trend:

AppLab proqramında iştirak etmək üçün keçirilmiş növbəti müsabiqənin qalibləri seçilib.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bir müddət öncə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak üçün təşkil etdiyi seçim prosesinin nəticələrini paylaşır. Bu dəfə müsabiqəyəsahəninən yaradıcı mobil tətbiq tərtibatçıları, 3D-çapı, “HTC Virtual Reallıq” proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə digər mütəxəssislər qatılıb.

28 aprel 2017-ci il tarixində AppLab Mərkəzində Bakcell şirkəti ilə yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb.

“Bakcell şirkəti istedadlarını dünyaya tanıtmaq və parlaq ideyaların reallaşdırılması üçün yeni maliyyə mənbələrinə çıxış əldə etmək istəyən startaplar, tərtibatçı və komandalaraxtarışındadır. Bu layihə hər il proqram təminatı və müxtəlif cihaz yaradıcılarına öz ideyalarını təqdim etmək və Bakcell şirkətindən dəstək almaq imkanı verilir. “Bakcell”in məqsədi startaplara dəstək olmaq, onların seçilməsi və inkişafına töhfə verməkdir. Biz inanırıq ki, yeni layihələr də yüksək nəticələr nümayiş etdirəcəklər”,deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

Qeyd etmək lazımdır ki, Bakcell şirkəti bu il proqramın qaydalarında bəzi dəyişikliklər edib. Xüsusiləproqramda iştirak müddəti layihədən asılı olaraq 3 aydan 6 aya uzadılıb. Bu isəqruplara öz ideyalarının inkişaf etdirilməsi üzərindədiqqəti daha yaxşı cəmləşdirməyə kömək edəcək.

2017-ci ildə AppLab proqramında iştirak etmək üçün növbəti müsabiqədə təqdim olunan20 layihəİT və elektron ticarət sahələri üzrə mütəxəssislərdən təşkil olunmuş AppLab Seçim Komitəsi tərəfindən 14 aprel tarixindədinlənilərək qiymətləndirilib. Həmin 20layihədən proqramda iştirak etmək üçünmümkün 25 xaldan 20 və daha çox xal qazanan7 layihə seçilib. Qaliblər bunlardır: Mango, Blutu, Garden, Buket.al, MoodMusic, ARZoom və CineManiac. Seçim prosesində əsas götürülən meyarlar layihəni təqdim edən komandanın malik olduğu bazar imkanları, təqdim edilənideyanın nə dərəcədə innovativ olması, real yanaşma,biznes modelinin və komandanın sərgilədiyi təqdimatın nə dərəcədə aydın olması idi.Layihələrin qısa təsviri aşağıda təqdim edilib:

Blutu – “iBeacon BLE” xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş mobil tətbiq və platformadır. “Blutu” istifadəçilərə xüsusi təkliflər, endirimlər və müxtəlif dükanlar, müəssisələr və digər obyektlər haqqında məlumat almağa imkan verir .

ARzoom – interaktiv “Artırılmışreallıq” (Augmented Reality) məzmununun hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan platformadır.

Buket.al – gül ticarətçiləri üçün bazardır. 300 addan çox məhsul və Azərbaycanın 3 şəhərində – Bakı, Sumqayıt və Gəncədə pulsuz çatdırılmasını təmin edir.

Garden – insanları maraqlarına görə və yerləşdikləri yerdən asılı olaraq birləşdirən və dərhal görüşmək imkanı verən mobil tətbiqdir.

Mango – istifadəçilərə səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. İstifadəçilər “Mango”nun təklif etdiyi variantı və yaxud üstünlük verdikləri mümkün variantları seçə bilərlər.

CineManiac – “bulud texnologiyası” əsasında yaradılmış və istifadəçilərə filmlərə müxtəlif dillərdə baxmaq imkanı verən inteqrasiya edilmiş yerli tətbiqdir. Bundan əlavə, bu tətbiqin vasitəsilə filmləri yükləyib sonradanonlara internet bağlantısı olmayan istənilən yerdə baxmaq olar. Nəhayət, bu tətbiq yerli kino sənayesinin inkişafı və inteqrasiyası üçün geniş üfüqlər açır.

MoodMusic – istifadəçilərə öz əhval-ruhiyyələrinə uyğun olan musiqiləri dostları və digər insanlarla paylaşmağa imkan verən sosial şəbəkə platformasıdır.

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti