...

Bakcell 5G-yə hazırlığı nümayiş etdirir (FOTO)

Telekommunikasiya Materials 8 Dekabr 2017 14:54 (UTC +04:00)
Bakcell şirkəti Azərbaycanda ilk dəfə 5G texnologiyasına hazırlığı və 4.5G Pro ilə 1 Gb/saniyəyədək rekord sürəti nümayiş etdirir.
Bakcell 5G-yə hazırlığı nümayiş etdirir (FOTO)

Bakı. Trend:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “BakuTel-2017” sərgisində quraşdırılmış stendində Azərbaycanda ilk dəfə olaraq 4.5G Pro texnologiyasının imkanlarını və 5G texnologiyasına hazırlığı nümayiş etdirir.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Texnoloji innovasiyalar sahəsində liderliyi ilə məşhur olan Bakcell şirkəti həmişəki kimi bu il də ən qabaqcıl və müasir texnoloji nailiyyətləri nümayiş etdirməklə, sərgiyə gələn ziyarətçiləri heyrətləndirəcək və onlara unudulmaz təəssüratlar bağışlayır.

Bakcell şirkətinin stendində “Nokia” şirkəti ilə birgə quraşdırılmış “5G-yə doğru” adlı güşədə ziyatrətçilər ən yeni 4.5G Pro texnologiyasını öz gözləri ilə görə və hətta ilkin LTE texnologiyasından 10 dəfə daha yüksək olan sürəti müşahidə edə biləcəklər.

Bakcell və Nokia şirkətlərinin birgə təqdim etdiyi bu nümayişdə 1 Gb/saniyəyədək fantastik sürət sərgilənir. Beləliklə, “BakuTel 2017” sərgisində Bakcell stendinin ziyarətçiləri “Robot Automation Latency” nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanına malik olacaqlar.

“Ultra-yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətlərinə olan tələbatda eksponensial artımı, habelə böyük həcmlərdə məlumat mübadiləsini tələb edən tətbiqlərdən istifadənin yüksək templərlə artdığını nəzərə alaraq, Bakcell şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşlarını və dünya bazarında mövcud olan ən son texnologiyaların tətbiq edilməsini davam etdirir. Gələcək istifadəçilərin böyük data həcmlərini emal etməyə gücü çatan daha yüksək tutumlu və buraxılış qabiliyyətli şəbəkəyə ehtiyacı olacaq. Buna görə də, innovasiyalar sahəsində lider mövqeyimizi qoruyub saxlamaq üçün biz indidən əmin olmaq istəyirik ki, bazarda bu cür texnologiyalara tələbat yarandığı zaman bizim şəbəkəmiz 4.5G Pro və hətta 5G texnologiyasını dəstəkləməyə hazır olsun”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

5G-yə hazırlığın nümayişində gələcəkdə bütün proseslərin avtomatlaşdırılması ilə yanaşı sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılır. Qonaqlar 1 Gb/saniyəyədək inanılmaz internet sürətini müşahidə edə və robot şousuna baxıb əylənə biləcəklər.

Bakcell şirkəti “BakuTel 2017” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə, mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etməyə dəvət edir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti