...

Azərbaycan və İran İT sahəsində əməkdaşlığı möhkəmləndirəcək

Telekommunikasiya Materials 30 İyul 2018 16:50 (UTC +04:00)
İran informasiya texnologiyaları (İT) sahəsində Azərbaycanla təcrübəsini paylaşmağa hazırdır.
Azərbaycan və İran İT sahəsində əməkdaşlığı möhkəmləndirəcək

Bakı. Azad Həsənli - Trend:

İran informasiya texnologiyaları (İT) sahəsində Azərbaycanla təcrübəsini paylaşmağa hazırdır.

Trend-in məlumatına görə, bunu İran prezident administrasiyasının rəhbəri Məhəmməd Vaizi Tehranda səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü zamanı deyib.

M.Vaizi qeyd edib ki, hər iki ölkə ikitərəfli münasibətlərin gələcək inkişafı və möhkəmləndirilməsi üçün kifayət qədər potensiala malikdir. O, Azərbaycan-İran hökumətlərarası komissiyasının fəaliyyətinin aktivləşdirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, R.Quluzadə iki ölkə arasında münasibətlərdən məmnunluğunu ifadə edib və vurğulayıb ki, Azərbaycan tərəfi elektron ticarət, nəqliyyat, gömrük kimi sahələrdə İranla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti