...

İsrail ilə innovasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Telekommunikasiya Materials 6 Dekabr 2018 15:39 (UTC +04:00)
Yüksək Texnologiyalar Parkında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasında Azərbaycan-İsrail İnnovasiya üzrə “dəyirmi masa” keçirilib.
İsrail ilə innovasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Yüksək Texnologiyalar Parkında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasında Azərbaycan-İsrail İnnovasiya üzrə “dəyirmi masa” keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edərək, İsrail ilə innovasiya sahəsində əməkdaşlığın Azərbaycan üçün prioritet təşkil etdiyini vurğulayıb.

Tədbirdə İsrail İnnovasiya Nazirliyinin Asiya Sakit okean bölməsinin baş direktoru Cənab Avi Luvton çıxışında iki ölkə arasında innovasiya sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb.

Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və qlobal bazara çıxış potensialı olan Azərbaycan startapları təqdimatla çıxış ediblər.

Sonda iki ölkə arasında innovasiya sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə atılacaq birgə addımlar barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti