...

NANOCELL – LG təkmilləşdirilmiş LCD televizorunu təqdim edir

Telekommunikasiya Materials 21 Noyabr 2019 12:25 (UTC +04:00)
İstehlakçı elektronika bazarının lideri olaraq, LG televizor xətti üçün innovasiyalar təmin etməkdə qərarlıdır
NANOCELL – LG təkmilləşdirilmiş LCD televizorunu təqdim edir

Bakı. Trend:

İstehlakçı elektronika bazarının lideri olaraq, LG televizor xətti üçün innovasiyalar təmin etməkdə qərarlıdır. İllər ərzində LG Electronics (LG) özünün premium LCD televizor təkliflərini durmadan təkmilləşdirir.

Diqqəti NanoCell Display texnologiyasına çəkmək üçün LG-nin televizorları NanoCell adı ilə yenidən təqdim edildi. NanoCell texnologiyası ilə təchiz olunmuş televizorlar daha canlı rəng palitrası və möhtəşəm görüntü keyfiyyəti ilə təmin etmək bacarığını özündə təcəssüm etdirir.

Son dövrlərə qədər izləyicilər televizora baxmaq üçün onunla üzbəüz əyləşməyə məcbur idilər. IPS ekranlarının tətbiqi ilə istehlakçılar indi geniş baxış bucaqlarından faydalana və məzmunu rahatlıqla izləyə bilərlər.

Bunu inkişaf etdirərək, izləyicilərin imkanlarını daha da artırmaq üçün LG NanoCell texnologiyasını yaratdı. NanoCell televizorları təmizləyici qismində çalışan nanohissəcikləri tətbiq edərək saf rəng yaradır. Daha zəngin rəng palitrasına malik NanoCell televizorları bir milyarddan çox rəngi dəstəkləyir.

LG-nin NanoCell televizorlarında qara rəngi daha incə görüntüləmək üçün arxa işıq cihazlarına individual nəzarət edən Nano Black sistemi də mövcuddur. NanoCell televizorları kontrastı qoruyur və işıq yayılmasını minimuma endirir.

LG-nin 2019 NanoCell seriyası, ölçüsü 49 ilə 75 düym arasında dəyişən, süni intellektlə təchiz edilmiş 14 modeldən, o cümlədən flaqman hesab edilən 75 düymlük 8K LCD televizorundan (model SM99) ibarətdir. Şirkətin 86 düymlük 4K NanoCell televizor modeli ilin əvvəlində CES 2019 İnnovasiya Mükafatına layiq görülüb.

Ağıllı prosessorlara malik NanoCell televizorları məzmunu təhlil edir, şəkil və səs keyfiyyətini artırmaq üçün isə alqoritm tətbiq edir.

LG-nin NanoCell televizoru həmçinin Dolby Vision ™ tərəfindən hazırlanmış premium HDR məzmunu dəstəkləyir. Dolby texnologiyası görüntü keyfiyyətində yeni standart yaradır.

Qabaqcıl vizual imkanları ilə yüksək keyfiyyət təmin edən yeni NanoCell televizorları, LG-nin səsin otaq daxilində və üç ölçülü məkanlarda istifadəçi ətrafında yayılmasını təmin edən inqilabi audio texnologiyadan - Dolby Atmos®-dan da istifadə edir. Yüksək aydınlıq, zənginlik, görüntü detalları və dərinliyi ilə NanoCell televizor sahibləri məzmundan faydalana bilir.

“Yaxın Şərq və Afrika geniş texnoloji inkişafa şahidlik etdiyimiz bazarlardır. İstehlakçı ev elektronikasından ən yaxşısını gözləyir. Böyük ailələr və sosial qruplar üçün ideal olan NanoCell televizoru çeşidlərimizlə bazar lideri olduğumuz üçün qürur duyuruq. LG innovasiyaya investisiya qoymağa və insanları etdiyimiz işin mərkəzində saxlamağa davam edəcək," deyə LG Electronics-in Yaxın Şərq və Afrika Nümayəndəliyinin Prezidenti Ceyms Li vurğulayıb.

LG Electronics Ev Əyləncəsi Bölümü Haqqında

LG Ev Əyləncəsi bölümü televizorlar, audio və video sistemlər, monitorlar, proyektorlar və portativ kompyuterlər üzrə sənaye lideridir. Premium televizor kateqoriyasına inqilabi yeniliklər gətirən OLED televizorları ilə şirkət bu sənayenin tanınmış innovatorudur. Öz kateqoriyasında lider olan OLED televizorları və mükafat laureatı NanoCell televizorları ilə LG müştərilərinin həyatını innovativ ev əyləncəsi məhsulları ilə təkmilləşdirmək üçün çalışır. Daha çox məlumat üçün www.LG.com saytına baş çəkin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti