...

Çinin Honor brendi yeni texnologiyalarını onlayn təqdim edib

Telekommunikasiya Materials 25 Fevral 2020 03:35 (UTC +04:00)
Çinin "Huawei Technologies" şirkətinin "Honor" smartfon brendi yeni məhsullarının anonsunu onlayn prezentasiya edib
Çinin Honor brendi yeni texnologiyalarını onlayn təqdim edib

Bakı. Trend:

Çin "Huawei Technologies" şirkətinin "Honor" smartfon brendi yeni məhsullarının anonsunu onlayn prezentasiya edib.

Trend-in məlumatına görə, yeniliklər arasında "MagicBook 14" və 15 yeni nəsil portativ kompüterlər, 5G kommunikasiya standartını dəstəkləyən "Kirin 990" prosessoru ilə təchiz edilmiş "Honor 9X Pro", "Honor View 30 Pro" smartfonları və "Honor MagicWatch 2" qol saatının xüsusi versiyası təqdim ediliblər.

Prezentasiya zamanı təqdim olunan malların qiymətləridə açıqlanıb.

Daha əvvəl Ümumdünya Mobil Konqressinin (Mobile World Congress, MWC) təşkilatçısı "GSMA" Assosiasiyası dünyanın ən böyük mobil sərgilərindən birinin koronavirus səbəbiylə ləğv edildiyini bildirib. Sərgi 24-27 fevral tarixlərində keçirilməli idi. Bununla əlaqədar aralarında Sony olmaqla bir neçə şirkət prezentasiyalarını onlayn-translyasiya formatında keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti