...

Koronavirus testinin cavablarının SMS-lə açıqlanması üçün sınaqlar keçirilib

Telekommunikasiya Materials 6 May 2020 17:34 (UTC +04:00)
Koronavirus testinin cavablarının SMS-lə açıqlanması üçün sınaqlar keçirilib

Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirus testinin cavablarının SMS-lə açıqlanması üçün sınaqlar keçirilib.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, texniki problemləri aradan qaldırmaq üçün sistem yenidən təkmilləşdirilib.

Z.Əliyev SMS sisteminin yaxın zamanda tam tətbiq ediləcəyinə əmin olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti