...

Azərbaycanda startapların dəstəklənməsi üçün fondun yaradılması planlaşdırılır

Telekommunikasiya Materials 13 May 2020 18:00 (UTC +04:00)
Azərbaycanda startapların dəstəklənməsi üçün fondun yaradılması planlaşdırılır

Bakı. Sədrəddin Ağcayev - Trend:

İnnovasiyalar istənilən ölkənin dayanıqlı iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan da iqtisadi inkişaf üzrə prioritet tapşırıqlar paketinə innovasiyaların hazırlanması və tətbiqini daxil edib.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “World Net Summit” onlayn konfransı çərçivəsində keçirilən “Hökumətə müraciət” tədbirində deyib.

Nazir müavini bildirib ki, Azərbaycan IT sahəsini, o cümlədən innovasiyaları fəal inkişaf etdirir:

“Biz IT və innovasiyalar sahəsinə investorların cəlb olunması, o cümlədən öz startaplarımızın təkmilləşdirilməsi üçün şərait yaratmağa çalışırıq. Bizim bu sahədə dəqiq müəyyən edilmiş hədəflərimiz, eləcə də bu istiqamətdə fondun yaradılması ilə bağlı planlarımız var. Bu fond startapçılar və onların layihələri üçün böyük imkanlar yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti