...

Azərbaycan rəqəmsallaşma sahəsində əməkdaşlığı gücləndirir

Telekommunikasiya Materials 9 Sentyabr 2020 12:43 (UTC +04:00)
Azərbaycan rəqəmsallaşma sahəsində əməkdaşlığı gücləndirir

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycan ilk növbədə informasiya texnologiyaları sahəsində milli tələbatını ödəyir, eləcə də Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələri üçün peyk xidmətləri təqdim edir.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Beynəlxalq Elektrik Rabitəsi İttifaqının virtual formatda təşkil etdiyi Ümumdünya İnformasiya İctimaiyyəti Sammiti (WSIS-2020) çərçivəsində deyib.

Tədbirin əsas mövzusu rəqəmsallaşmaya sürətli keçid üçün qlobal əməkdaşlıq mexanizmləri barədə məsələlər olub.

Nazir müavini bildirib ki, hazırda bəşəriyyətin mübarizə apardığı koronavirus pandemiyası informasiya rabitəsinin əhəmiyyətini artırıb və rəqəmsal fərqliliklərin aradan qaldırılması barədə məsələnin vacibliyini üzə çıxarıb.

O bildirib ki, Azərbaycanda dövlət siyasətinin prioriteti yüksək texnologiyaların, o cümlədən İKT sektorunun inkişafıdır:

“Ölkəmizdə reallaşdırılan layihələr daxili tələbatı nəzərə alır və eyni zamanda regional əməkdaşlıq imkanlarını da təmin edir”.

E.Vəlizadə əlavə edib ki, Trans-Avrasiya yüksəksürətli informasiya magistralı kimi (TASIM) layihələr regionda rəqəmsal diferensiallaşmaya xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti