...

Bakcell və "SOS Uşaq Kəndləri Azərbaycan" valideyn himayəsindən məhrum olmuş gənclərə dəstək göstərdilər

Telekommunikasiya Materials 24 Dekabr 2020 10:28 (UTC +04:00)

Bakı. Trend:

Bakcell şirkəti və SOS Uşaq Kəndləri Azərbaycan İctimai Birliyi 10 ildən artıq davam edən sosial məsuliyyət əməkdaşlığının yeni səhifəsini açıblar. Belə ki, davam edən COVİD-19 pandemiyası uşaq və gənclərin kəsintisiz təhsil almasına ciddi maneələr törədir. UNİCEF təşkilatının 2020-ci il Sentyabr tarixli son hesabatına əsasən dünyada 1 milyarda yaxın uşaq COVİD-19 pandemiyasının təsiri səbəbindən məktəblərdən uzaq qalıb və bu uşaqlardan 463 milyonu internet və ya digər kommunikasiyalara çıxışı və/və ya texniki avadanlıqlar olmadığı üçün onlayn və rəqəmsal təhsildən uzaq qalıb. SOS Uşaq Kəndləri Azərbaycan olaraq pandemiya dövründə himayəmizdəki uşaq və gənclərin kəsintisiz təhsilini ilk hədəflərimizdən olaraq görməyimizə baxmayaraq maddi sıxıntılara görə Bakı və Gəncə Gənclər Evində himayəmizdəki 26 gənc (11 qız, 15 oğlan) hələ də tam texniki olaraq lazımi şəraitlə təmin edilməmişdir. Bunu nəzərə alaraq Bakcell ilə olan uzun müddətli əməkdaşlığımızı, eləcə də şirkət tərəfindən kommunikasiya imkanları və təhsilin inkişaf etdirilməsinə ayrılan diqqəti nəzərə alaraq birlikdə 24 gəncin təhsil həyatına dəstək vermək məqsədilə internet təminatının gücləndirilməsi və texniki avadanlıqların alınması yönündə razılıq əldə edilmişdir.

Sponsorluq anlaşmasının şərtlərinə əsasən SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası İctimai Birliyi himayəsində olan 26 gənc üçün Bakı və Gəncə şəhərlərində 16 ədəd kompyuter, eləcə də internetin sürətinin gücləndirilməsi və 12 ay müddətinə internet ödənişini Bakcell MMC hesabına ödəməyi öhdəliyinə götürmüşdür. Regionların inkişafına töhfə də nəzərə alınaraq texniki dəstəyin əksər hissəsi Gəncə şəhəri üçün nəzərdə tutulmuşdur.

COVİD-19 pandemiyası və müharibə davam edən dövrdə Biz Birlikdə Güclüyük şüarı ilə davam edən fəaliyyətlərin siyahısına yeni bir fəaliyyətin artırılmasının qürur hissini yaşayırıq.

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news ) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası İctimai Birliyi haqqında.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə dünyanın 137 ölkəsində fəaliyyət göstərən “SOS Kinderdorf İnterneyşnl” Beynəlxalq Təşkilatı arasında imzalanmış razılaşmaya əsasən, 1999-cu ildə təsis edilmişdir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001 - ci ildə Bakı SOS Uşaq Kəndinin rəsmi açılış mərasimi keçirilmişdir. 2005-ci ildə isə Gəncə SOS Uşaq Kəndi öz fəaliyyətinə başlamışdır.

Artıq 20 ildir fəaliyyət göstərən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyinin əsas məramı kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə tipli qayğı göstərmək, uşaqların müəssisələrə düşməsinin qarşısını almaq və çətin həyat şəraitində olan ailələri sosial xidmətlərlə təmin etməkdir. Assosiasiyanın məramı kimsəsiz, atılmış və valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə mühitində daimi qayğı göstərməkdən ibarətdir.

Hazırda təşkilatın himayəsində 220 yaxın valideyn himayəsindən məhrum uşaq və gənc vardır. Təşkilatın əsas fəaliyyət sahəsi Bakı və Gəncə şəhərləridir. Himayəsində olan uşaqlardan əlavə olaraq ailələrin gücləndirilməsi məqsədilə Gəncə, Goranboy, Samux, Daşkəsən rayonlarında icmaəsaslı xidmətlərə 450 yaxın ailə cəlb edilmişdir. Bundan əlavə olaraq Günərzi Qayğı Mərkəzi ilə də Bakı və Gəncə şəhərlərində 50 yaxın ailəyə dəstək göstərilir.

SOS Uşaq Kəndləri Azərbaycan və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.soschildren.az internet səhifəsinə daxil olun və ya 012 498 82 98-ə zəng edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti