...

"Apple" payız təqdimatını sentyabrın 14-ü keçirəcək

Telekommunikasiya Materials 7 Sentyabr 2021 23:25 (UTC +04:00)
"Apple" payız təqdimatını sentyabrın 14-ü keçirəcək

Bakı. Trend:

ABŞ-ın "Apple" şirkəti payız təqdimatını sentyabrın 14-ü onlayn formatda keçirəcək.

Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata əsasən, təqdimat mərasimi Bakı vaxtı ilə saat 21:00-da şirkətin Kupertinodakı qərargahında baş tutacaq.

Sözügedən mərasimdə yeni nəsil "iPhone" və "Apple Watch Series 7" ağıllı saatının təqdim ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti