...

"Apple" yeni nəsil "MacBook Air"-i təqdim edib

Telekommunikasiya Materials 7 İyun 2022 03:17 (UTC +04:00)
"Apple" yeni nəsil "MacBook Air"-i təqdim edib

Bakı. Trend:

"Apple" şirkəti WWDC 2022 sərgisində təqdimatı çərçivəsində M2 ARM prosessorlu yeni nəsil MacBook Air-i təqdim edib.

Trend xəbər verir ki, noutbuk düz kənarları və ekranda ön kamera üçün kəsikli MacBook Pro üslubunda yeni dizaynda tərtib edilib.

MacBook Air 500 nit parlaqlığa malik 13,6 düymlük ekrana və iki USB-C portu olan MagSafe doldurma portuna malikdir. O, əvvəlki nəsildən 20 faiz daha sürətlidir və "Intel" prosessorlarında olan nəsillə müqayisədə performans beş dəfə artıb.

Birdəfəlik şarjla noutbuk 18 saat işləyir.

M2 çipi 5-nm texproses əsasənda hazırlanıb və 20 milyard tranzistora malikdir. Çip 24 giqabayt vahid yaddaşı (prosessor və qrafik nüvəsi üçün birləşdirilmiş yaddaş bloku) dəstəkləyir. O, səkkiz nüvəli prosessor və on nüvəli videoadapterə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti