Bakı. Trend:
İqtisadiyyat Nazirliyi nəzdində Elmi-İqtisadi Tədqiqat İnstitutu yaxın 2-3 ay ərzində 24 istiqamət üzrə tədqiqalar aparacaq.
Trend-in məlumatına görə, bunu Elmi-İqtisadi Tədqiqat İnstitutunun İdarə heyətinin sədri Mahir Hümbətov deyib.
Onun sözlərinə görə, bu tədqiqatlar arasında iqtisadi dəstək alətləri, rəqəmsallaşmanın sürətləndirilməsi, nəqliyyat-logistika layihələri, ticarətin sadələşdirilməsi istiqamətləri var.
"Qeyd olunan istiqamətlər üzrə əməkdaşlıq barədə yeni sənədlərin imzalanması gözlənilir. Həmçinin, birgə elmi tədqiqatlar üçün ölkəmizə beynəlxalq ekspertlərin cəlb olunması nəzərdə tutulur". - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)