Bakı. Trend:
IT Akademiyanın açılması Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək.
Trend-in məlumatına görə, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədr müavini Samir Hümbətov IT Akademiyanın açılışında deyib.
Onun sözlərinə görə, bu layihə ölkənin "rəqəmsal" iqtisadiyyata keçidinin sürətlənməsinə kömək edəcək.
"Biz əminik ki, bu, həm daxili, həm də xarici bazarlarda IT sahəsində rəqbəti artıracaq", - o deyib.
S.Hümbətov əlavə edib ki, agentlik innovativ sahibkarları dəstəkləyir, müxətlif vergilərdən azad edir.
"Biz bundan sonra da təkcə sahibkarlığın deyil, həm də kadr potensialının inkişafına xidmət edən təşəbbüsləri dəstəkləyəcəyik", - S.Hümbətov vurğulayıb.