Bakı. Trend:
“Kibercinayətlər” elektron informasiya sistemi formalaşdırılacaq.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda qeyd edilib.
Strategiyaya əsasən, Nazirlər Kabineti 2023-2024-cü illər
ərzində Daxili İşlər Nazirliyi (DİN), Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidməti (DTX), BP (tövsiyə olunur),
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) ilə birgə
“Kibercinayətlər” elektron informasiya sistemini formalaşdırmaq və
bu sistemə səlahiyyətli qurumların çıxışının təmin edilməsi ilə
bağlı təkliflər hazırlamağı təmin etməlidir.