...

Azərbaycan regionun tranzit mərkəzidir - Qaydar Abdikerimov

Telekommunikasiya Materials 21 Noyabr 2023 17:15 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan regionun tranzit mərkəzidir.

Bu barədə Trend-ə "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.

"Son illərdə məhz nəqliyyat infrastrukturuna milyardlarla dollar investisiya qoyulduğunu görürük. Azərbaycan həm Qərb-Şərq, həm də Şimal-Cənub istiqamətində regionun tranzit habına çevrilməklə infrastrukturu tam müasirləşdirib", - o deyib.

Q.Abdikerimov bunun Azərbaycanda dəmir yolları, avtomobil trassları, eləcə də limanlara şamil olunduğunu qeyd edib.

"Bu, bizim üçün sevindirici haldır, belə ki, növbəti addım bu infrastruktur imkanların tam potensialının istifadəsi olacaq ki, bu da Azərbaycanın inkişafına yeni təkan verəcək", - o deyib.

Q.Abdikerimov TBNM-in Azərbaycanın qarşısına qoyduğu iqtisadi məqsədlərə nail olmasına xidmət etdiyini əlavə edib. O həmçinin bildirib ki, Azərbaycanda reallaşdırılan infrastruktur layihələrindən aktiv şəkildə istifadə olunacaq.

"Bütün infrastrukturun fasiləsiz fəaliyyət göstərməsi vacibdir. Nəqliyyat şəbəkəsində əlaqəlilik olmazsa, iqtisadiyyat bu nəqliyyat layihəsinin iştirakçısı olan bizlər üçün lazımli şəkildə inkişaf etməyəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, TBNM və ya Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti