Bakı. Trend:
"Microsoft" şirkətinin kapitallaşması yanvarın 24-də keçirilən hərrac zamanı ilk dəfə olaraq 3 trilyon dollara çatıb.
Trend-in məlumatına görə, korporasiyanın səhmlərinin qiyməti 403,95 dollara yüksəlib.
Beləliklə, "Microsoft" kapitallaşma baxımından ictimai şirkətlər arasında lider statusunu təmin etdi.
İT nəhəngi bu il yanvarın 11-də ilk dəfə olaraq bu sektorun digər oyunçusu "Apple" şirkətini qabaqlayıb. Həmin dövrdə "Microsoft"un səhmləri 1,5% bahalaşıb və onun bazar dəyəri 2,888 trilyon dollara çatıb.