...

Tacikistanın texnohabı Azərbaycanın İT bazarına çıxmaq niyyətindədir (ÖZƏL)

Telekommunikasiya Materials 18 İyun 2024 11:36 (UTC +04:00)
Tacikistanın texnohabı Azərbaycanın İT bazarına çıxmaq niyyətindədir (ÖZƏL)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistanın texnohabı Azərbaycanın İT bazarına çıxmaq niyyətindədir.

Bu barədə Trend-ə "Technohub Dushanbe" layihəsinin rəhbəri Məhəmməd Rəhimov deyib.

"Texnohab Düşənbə kursların təqdim edilməsi və rəqəmsal texnologiyalar, proqramlaşdırma və bütünlükdə İT industriyası sahəsində təlimə yönəlmiş tədris mərkəzidir. Şirkət təkcə yerli Düşənbə bazarına yönəlməyib, həm də beynəlxalq səviyyədə tərəfdaşlıq üçün açıqdır. Şirkətin əsas ideyası ondan ibarətdir ki, biz digərlərini rəqib kimi görmürük, onlarda ümumi işlə məşğul olan tərəfdaşları görürük", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, onların şirkətini və digərlərini ümumi məqsəd - İT industriyasının inkişafı hərəkətə keçirir.

"Buraya İT üzrə layihələrin icrası və məhsulların yeni bazarlara çıxarılması üçün birgə səylər tələb edən konkret istiqamətlərin inkişafı daxil ola bilər. Biz əməkdaşlıq üçün açığıq və misal üçün, Azərbaycan bazarında təhsil sahəsində işləyən və ya proqramlaşdırma və rəqəmsal texnologiyaların tətbiqi sahəsində işləyən İT şirkətlər mövcuddur.

Təlimin darıxdırıcı və yeknəsəq olmaması, interaktiv elementləri də özündə əks etdirməsi üçün yeni təlim metodları tətbiq etməyə çalışırıq. Tələbələrin təkcə mühazirələrdə oturmaması, həm də aktiv şəkildə məşğul olması üçün əsas vurğunu biliklərin praktik tətbiqinə yönəldirik. Şirkətimiz regiondan və ya ölkədən asılı olmayaraq, əməkdaşlığa hazırdır, çünki biz ümumi məqsədlərin əldə olunması üçün tərəfdaşlığın gücünə və birgə səylərə inanırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Texnohab Düşənbə müxtəlif sahələrdən təlim və yeni peşəkarların hazırlanması üçün praktikant mütəxəssislərin cəlb edilməsini hədəfləyən innovasiya mərkəzidir. Missiyası Tacikistan Respublikasında yüksək ixtisaslaşmış mütəxəssislərin hazırlanması yolu ilə təcrübəli ekspertlər cəmiyyətinin yaradılması, innovasiya metodlarının tətbiqi və innovasiya sektorunun inkişafından ibarətdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti