...

2006-cı ildə "Bakı telefon rabitəsi" CDMA şəbəkəsini genişləndirmək niyyətindədir

Telekommunikasiya Materials 20 Fevral 2006 12:01 (UTC +04:00)

Hazırda CDMA (Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (İB) Code Division Multiple Access) abunəçilərinin sayı 700 nəfəri keçir. Trend in xəbər verdiyi kimi, bu barədə İB-nin rəhbəri Beydulla Hüseynov məlumat verib. Qeyd edək ki, hələ noyabrda bu rəqəm 150 nəfərdən artıq idi.

Onun sözlərinə görə, İB-nin əsas planlarından biri yeni baza stansiyaları istismara verməklə CDMA şəbəkəsini genişləndirməkdir. Bununla yanaşı, Aztelekom həm də Bakı, Sumqayıt və Şamaxı şəhərlərində abunəçilərə analoji xidmətlər göstərir.

CDMA texnologiyaları xidmətlərinin tarifləri 2 tarif paketi əsasında 2 istiqamət - yerli daxil olan və göndərilən danışıqlara aylıq 300 dəqiqəlik limitli və limitsiz istifadə paketi üzrə müəyyən edilib. Birinci paket üzrə aylıq abunəçi ödənişi 10 min, ikinci paket üzrə isə - 50 min manatdır. Hər iki paket üzrə CDMA nömrəsinə qoşulmaq üçün ödəniş 100 min manat təşkil edir.

İB rəhbəri qeyd edib ki, 2006-cı il ərzində müəssisə tərəfindən 176,8 min nömrə tutumlu ATS yenidən qurulacaq, sürətli İnternet kanallarının sayının 2500-ə çatdırılması təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti