Sentyabrda Bakıda distant təhsil üzrə "İnsan ehtiyatlarının potensialının artırılması. Distant təhsildən istifadə" adlı beynəlxalq seminar keçiriləcək. Rabitə və informasiya texnologiyaları nazirliyindən Trend ə verilən məlumata görə, tədbirin Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə sentyabrın 1-ci yarısında keçirilməsi planlaşdırılır.
Tədbirdə MDB və Baltikyanı ölkələrin İT sahəsində mütəxəssislərinin, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır.
Sentyabrın ortalarında Bakıda RRƏ (Rabitə sahəsində regional əməkdaşlıq) poçt rabitəsi komissiyasının 23-cü və RRƏ poçt operatorları Şurasının 12-ci iclasının keçiriləcəyi gözlənilir.
Mayda Bakıda Rabitə Administrasiyası rəhbərləri Şurasının 33-cü və RRƏ-də informatizasiya üzrə MDB ölkələrinin Koordinasiya Şurasınını 7-ci iclası keçirilib.