...

Rabitə Nazirliyi "Elektron imza və elektron sənəd haqqında" qanunun tətbiqi üzrə fəaliyyət planı hazırlayıb

Telekommunikasiya Materials 8 İyul 2006 14:41 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron imza və elektron sənəd haqqında" qanunun tətbiqi üzrə fəaliyyət planı hazırlayıb. Trend agentliyinin nazirliyə istinadən yaydığı məlumata əsasən, fəaliyyət planı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən iyunun sonunda təsdiqlənib.

Plan 2 bənddən ibarətdir - qeydiyyat və akkreditə edilmə. Bunun üçün 2006-cı ilin II rübündən Türkiyənin telekommunikasiya qurumu ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında "Elektron İmza"sahəsində hərtərəfli əməkdaşlığa dair niyyət protokolunun imzalanması, müvafiq hüquqi sənədlərin hazırlanması, onların orqan və təşkilatlarla imzalanması və s. tələb olunur.

2-ci bəndə elektron imzadan istifadə olunmaqla sənəd mübadiləsinin geniş tətbiq olunduğu ölkələrin təcrübəsinin öyrənilməsi və bu məqsədlə mütəxəssislərin ezamiyyələrinin təşkili, 2006-cı ilin 2-ci rübündə Ali SXM-in təşkili məqsədilə bu sahədə ixtisaslaşan təşkilatlar tərəfindən konsaltinq, proqram təminatının yazılması, pilot layihənin tətbiqi və s. xidmətlərin göstərilməsi üçün müqavilələrin imzalanması və s. daxildir.

Xəbər lenti

Xəbər lenti