...

İlin birinci yarısında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gəliri 92,5 milyon AZN təşkil edib

Telekommunikasiya Materials 17 İyul 2006 12:55 (UTC +04:00)

2006-cı ilin birinci yarısında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gəliri 92,5 milyon AZN təşkil edib. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən xəbərə görə, eyni zamanda əhalinin ödəmələri üzrə də 28,3 milyon manat gəlir əldə olunub. Bu göstəricilər 2005-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,7 milyon manat və 3,4 milyon manat çoxdur.

İlin əvvəlindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bütün ölkə üzrə 122 mindən artıq nömrə istismara verib. "Bu dövr ərzində sərmayələr 13255,5 min AZN təşkil edib", - deyə dövlət qurumunda bildiriblər.

Azərbaycan Milli Bankının məlumatlarına görə, 17.07.06 tarixi üçün dolların manata nisbətən rəsmi məzənnəsi 0,8907 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti