Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (ARİTN) "Aztelekom" İstehsalat Birliyi oktyabrın 6-da keçiriləcək təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri üzrə lazımi tədbirləri həyata keçirib. Trend in ARİTN-yə istinadən xəbər verdiyi kimi, artıq 48 rayonda 69 sahə üzrə 783 seçki məntəqəsi keyfiyyətli rabitə xidməti ilə təmin olunub.
Qeyd edək ki, nazirlik analoji tədbirləri keçən il parlament seçkiləri zamanı həyata keçirmişdi. 3677 seçki komissiyası dayanıqlı rabitə ilə təmin olunmuş, telefon rabitəsi yaratmaq məqsədi ilə ucqar rayonlarda alternativ mobil rabitə yaradılmış və bu rayonlar ödənişsiz danışıq kartları ilə təchiz olunmuşdu.
Bundan başqa, seçkilər zamanı qəza hallarının aradan qaldırılması üçün nəinki seçkilər zamanı, habelə müxtəlif qəza vəziyyəti üçün nəzərdə tutulmuş ARTİN-nin fövqəladə hallar üzrə 5 opeartiv qrupu yerlərdə fəaliyyət göstərirdi.
Seçkilərlə bağlı məlumatların mübadiləsi üçün Aztelekom.Net provayderinin internet şəbəkəsinin texniki imkanlarından istifadə etməklə Seçki İnformasiya Mərkəzində alternativ əlaqə yaradılmışdı.