...

Bakıda Lotus və Tivoli məhsulları üzrə İBM və R.İ.S.K. birgə seminarı keçirilib

Telekommunikasiya Materials 29 Sentyabr 2006 18:43 (UTC +04:00)

Sentyabrın 29-da Bakıda "İBM Lotus və İBM Tivoli proqram təminatı - İBM-in İT infrastrukturu üçün korporativ həlləri" mövzusunda seminar keçirilib. Tədbir İBM korporasiyası və R.İ.S.K. şirkəti tərəfindən təşkil olunub. Trend xəbər verir ki, seminarı İBM -in proqram təminatının satışı üzrə nümayəndəsi Rüstəm Asımov açıb. O, "İBM Lotus Software: kollektivdə əməkdaşların işinin səmərəliliyini artırmaq üçün məhsul və texnologiyalar" mövzusunda məruzə ilə çıxış edib.

Onun təqdimatında kollektiv işin səmərəliliyinin artırılması, təşkilatda əməkdaşların daxili və xarici əlaqəsinin yaxşılaşdırılması, İBM Lotus texnologiyaları bazasında elektron sənəd dövriyyəsi sisteminin və informasiyaya birgə çıxışın yaradılması üçün qərarlar haqqında danışılıb.

"E-sənəd - İBM bazasında praktik həll: Lotus Domino" mövzusunda növbəti məruzə zamanı R.İ.S.K. şirkətinin mütəxəssisləri tərəfindən İBM: Lotus Domino bazasında yaradılmış "e-sənəd" məhsulunun imkanları haqqında danışılıb. Məhsulun hazırlanması qrupunun rəhbəri Vüqar Miriyev bildirib ki, "e-sənəd" elektron sənəd dövriyyəsi sistemi (ESS) sənəd dövriyyəsinin avtomatlaşdırılması, eləcə də kargüzarlıq üçün nəzərdə tutulub. ESS sənədin təşkilatda tam yaşama dövrünü, onun ilkin qeydiyyatından arxivə köçürülməsinə qədər olan dövrü dəstəkləyir. Məruzə zamanı sənəd dövriyyəsində sistemin tətbiqi üzrə praktiki nümunələr təqdim olunub.

Artıq İBM-in Tivoli bazasında quraşdırılmış İBM həlləri ilə tanışlığı İBM Tivoli xüsusiləşdirilmiş proqram təminatının satışı üzrə nümayəndə Dmitriy Lobovko davam etdirib. O, "İnformasiya infrastrukturunun və məlumatların qorunması sisteminin idarə olunması üçün İBM Tivoli proqram məhsullarının icmalı" mövzusunda məruzə ilə çıxış edib.

İBM Tivoli həllərinin tələbə görə biznesin əsası kimi infrastrukturun idarə olunmasının avtomatlaşdırılması məsələlərində tətbiq edilmə imkanları haqqında danışılıb. Məruzədə qeyd olunub ki, məhz bu PT biznes-proseslərin İT-infrastruktur ilə əlaqələndirmənin başlıca məsələlərinin həlli, vaxt və xərclərin azaldılması, problemlərin proqnozlaşdırılması və onların əvvəlki həllərinə, ixtisaslı kadr ehtiyatlarının maksimal iqtisadi fayda verən strateji mövqelərə yerləşdirilməsi hesabına müəssisələrin məhsuldarlığının artırılmasına cavab verir. Tivoli Storage Manager, Netview & Enterprise management console və s. həllərin icmalı verilib.

Seminar dövlət təşkilatları, banklar, maliyyə müəssisələri, nazirlik və idarə nümayəndələrinin İBM şirkətinin həlləri və texnologiyaları ilə məlumatlandırmaq, eləcə də təşkilatların müasir infrastrukturunda məhsullardan istifadənin nümayiş etidirilməsi məqsədi ilə keçirilib. Seminarın sonunda iştirakçılar məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaq imkanı əldə edib.

Xəbər lenti

Xəbər lenti