...

Azərbaycan İpoteka Fondu komrüter alışı üçün tender elan edib

Telekommunikasiya Materials 9 Noyabr 2006 15:34 (UTC +04:00)

Trend -in məlumatına görə, Milli Bankın nəzdindəki Azərbaycan İpoteka Fondu (AHF) komrüterlərin, kompüter texnikası və mebellərinin alışı üçün tender elan edib.

Tenderdə iştirak etmək istəyən şəxslər təşkilatın hüquqi statusunu və dövlət qeydiyyatının surətini, ƏDV-nin ödənilməsinə dair sənədləri, bank rekvizitlərini, bu sahədə təcrübə və əsas korporativ müştərilər haqqında məlumat təqdim etməlidir.

Tenderdə iki lot üzrə iştirakın qiyməti hər lota görə 20 manatdır.

Maraqlanan şəxslərin təklifləri 23 noyabrdan gec olmayaraq qəbul ediləcək. Prosedurun özü həmin gün saat 15-00-da AMB-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti