...

Bakcell Novruz bayramı münasibətilə kampaniya keçirir

Telekommunikasiya Materials 15 Mart 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend S.Babayeva/ Şirkətin mətbuat -xidmətindən verilən məlumata görə, bu gün Azərbaycanın mobil operatoru Bakcell Novruz bayramı ərəfəsində yeni Bahar Kampaniyası keçirir.

"Bahar Kampaniyası" çərçivəsində Cin Kart istifadəçiləri balanslarına hər hansı kontur kartı yükləyərsə, xətt həmin andan 6 ay müddətində açıq qalacaq.

Bakcell Cin Kart-ın yeni istifadəçiləri üçün də yenilik təqdim edib. Kampaniya çərçivəsində yeni istifadəçilərin xətti nömrə fəaliyyətə başlayan andan 6 ay müddətində 1000 kontur hədiyyə qazanacaq.

Bakcell 1994-cü ildən Azərbaycan Rabitə Nazirliyi ilə əməkdaşlıq sayəsində yaradılıb. 1998-ci ilin dekabr ayından şirkət mobil rabitənin GSM standartları üzrə xidmətlərin tətbiqinə başlayıb. 2004-cü ilin yanvarından isə Bakcell bütünlüklə şirkət kimi fəaliyyət göstərir. Bu gün Bakcell istifadəçilərinin sayı 700 mindən çoxdur.

Xəbər lenti

Xəbər lenti