...

Nazir: "Xəzər seqmenti TAA fibrooptik kabelinin çəkilməsilə bağlı müzakirələr aparılacaq görüşün tarixi dəyişdirilib" (video)

Telekommunikasiya Materials 14 İyul 2007 14:42 (UTC +04:00)
Nazir: "Xəzər seqmenti TAA fibrooptik kabelinin çəkilməsilə bağlı müzakirələr aparılacaq görüşün tarixi dəyişdirilib" (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan, Qazaxıstan, Ukrayna, Türkiyə və Gürcüstan rabitə administrasiyalarının Siyəzən (Azərbaycan) - Aktau (Qazaxıstan) marşrutu üzrə Xəzər seqmenti Trans-Asiya-Avropa (TAA) fibrooptik kabelinin çəkilməsini müzakirə etmək üçün Bakıda keçirilməli olan görüşün tarixi sentyabra dəyişdirilib. Bu barədə şənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Görüşün əvvəl planlaşdırıldığı kimi iyunun sonunda keçirilməməsi Qazaxıstan rabitə administrasiyası rəhbərinin gərgin iş qrafiki ilə əlaqədardır. "Qazaxıstansız bu layihəni həyata keçirmək mümkün deyil" - deyə nazir bildirib.

Daha öncə Rabitə Nazirliyinin nümayəndə heyətinin Latviyaya səfəri zamanı Azərbaycan və Qazaxıstan operatorları arasında protokol imzalanıb.

Sənədi Azərbaycan Rabitə Nazirliyinin Beynəlxalq əlaqələr və hesablamalar mərkəzi və KazTransCom (Qazaxıstan) imzalayıb. Protokola əsasən, layihənin xərcləri Azərbaycan və Qazaxıstan arasında yarıbayarı bölünüb.

Dənizin dibi ilə kabelin çəkilməsi isə təqribən 7-10 mln. dollar təşkil edəcək.

Qazaxıstan və Azərbaycan arasındakı marşrutun uzunluğu isə təqribən 380 km təşkil edəcək. Hal-hazırda mövcud marşrut Türkmənistan və İrandan keçir, eləcə də bu yolla Azərbaycan ərazisindən keçir.

TAA kabelinin Azərbaycandan çəkilməsi isə 2000 km məsafəni qısaldacaq ki, bu da informasiyanın ötürülmə sürətini artıracaq.

Xəbər lenti

Xəbər lenti