...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq tender elan edir

Tender müsabiqələri Materials 10 Sentyabr 2018 10:00 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC işçiləri və sərnişinləri Bakı şəhərindən Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına və əks istiqamətdə nəqliyyat-daşıma xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq tender elan edir

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC işçiləri və sərnişinləri Bakı şəhərindən Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına və əks istiqamətdə nəqliyyat-daşıma xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir:

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Bakı Limanı”) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, təcrübə, keyfiyyət, vaxtında çatdırılma.

Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:

Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72.

Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, (012) 599-00-03 (1401); (012) 498-91-84.

Təşkilatın adı: “Bakı Beynəlxalq Dəniz Dəniz Ticarət Limanı” QSC

Bank rekvizitləri: Kapital bank 1 saylı Səbail filialı

Kod: 200059

AZ37NABZ01350100000000001944

VÖEN: 9900003611

SWIFT: AIIBAZ2X

Beneficiary name: Bakı Dəniz Ticarət Limanı

Beneficiary account: AZ27AIIB33010019443500206105

VÖEN: 9900065281

Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72

Telefon: (012) 599-00-03

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

  • son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş);
  • mənşə və uyğunluq sertifikatları;
  • və digər sənədlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 10 oktyabr ­­­­­­­­­­­­­­­­2018-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 18 oktyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklif zərfləri 19 oktyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti