...

“Yelo Bank” ASC açıq tender elanı

Tender müsabiqələri Materials 14 Aprel 2022 13:32 (UTC +04:00)
“Yelo Bank” ASC açıq tender elanı

Bakı. Trend:

“Yelo Bank” ASC, Bankın filiallarında təmizlik xidmətinin göstərilməsi məqsədilə açıq tender elan edir.

Texniki şərtlər, tenderdə iştirakını təsdiqləyən şirkətlərə, elektron məktub vasitəsilə göndəriləcək.

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • İddiaçının hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
  • Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər (Tender qalibi elan olunduqdan sonra)

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Təklif edilən xidmətin keyfiyyəti
  • Təklif ediləcək xidmətin qiyməti

Tender təklifinin təqdim edilməsi üçün son tarix:

  • Tender təklifləri 22 aprel 2022-ci il, Bakı vaxtı ilə saat 18:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına təqdim edilməlidir
  • Zərflər bağlı və hər küncü möhürlənməlidir
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul olunmayacaq

Ödəniş və digər şərtlər

  • Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 10%-i həcmində Bank zəmanəti təqdim etməlidir. Əks halda zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30%-ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
  • Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti