...

İyundan başlayaq turizm sektorunda canlanma gözlənilir - Şirkət rəhbəri

Turizm Materials 23 Aprel 2021 12:39 (UTC +04:00)
İyundan başlayaq turizm sektorunda canlanma gözlənilir - Şirkət rəhbəri

Bakı. Trend:

İyun ayından başlayaq turizm sektorunda canlanmanın olacağına dair gözləntilər var.

Azərbaycan Sahibkarlar Konfederasiyasından Trend-ə verilən məlumata görə, “Turizm və xidmət üzrə iş” Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın sədri Ruslan Quliyev iclası açıq elan edərək, gündəlikdə duran məsələni nəzərə çatdırıb.

Sonra iclasda pandemiyanın turizm sektoruna vurduğu ziyan, komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumatlar dinlənilib. 2021-ci ilin oktyabr-noyabr aylarında Dünya ekoturizm təşkilatının zirvə toplantısına hazırlıqla bağlı qarşıda duran məsələlər müzakirə edilib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamının icrasında turizm sənayesinin rolu” mövzusunda DAİR-in prezidenti Samir Dübəndi və “Skal İnternational Baku” şirkətinin prezidenti Ceyhun Aşurov çıxış edib.

“2021-ci ildən turizm sektoru yenidən dirçəlməyə başlayacaq”, – deyən S.Dübəndi artıq bir neçə ölkənin açılıma getdiyini bildirib. 2019-cu ildə Azərbaycanda turizm sektorunun 10% inkişaf etdiyini, 2020-ci ildə 4 dəfə azaldığını vurğulayan C.Aşurov iyun ayından başlayaq, sektorda canlanmanın olacağına dair gözləntilər barədə danışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti